223
Bu gün 13 oktyabr — 17:29

Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycana gələcək

"Şərq Tərəfdaşlığı" proqramını kurasiya edən Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin səfirləri Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.

Məlumata əsasən, Aİ ölkələrindən təxminən 15 səfirin səfəri noyabrın əvvəllərinə nəzərdə tutulur.

Səfər Tallindəki Şərq Tərəfdaşlığı Mərkəzinin koordinasiya dəstəyi ilə təşkil olunacaq. Hazırda Aİ-yə sədrlik edən Estoniyanın və Latviyanın birgə təşkilatçılığı ilə baş tutacaq.

Səfər zamanı noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı sammitinə hazırlığın detalları müzakirə olunacaq.

Xəbərlər