177
Bu gün 13 oktyabr — 15:58

Avropa İttifaqı Şurasının qərargahında həyəcanlı anlar

Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldəki binasında tüstülənmə olub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə qurum bəyanat yayıb. Bildirilib ki, ötən gün baş verən insident nəticəsində işçilər binadan təxliyə edilib. 10-dan çox insan tüstüdən zəhərlənib.

Bəyanatda vurğulanıb ki, tüstülənməyə səbəb mətbəxdə ventilyasiya sistemində yaranan problem olub.

Aİ Şurası əmin edir ki, insident 19-20 oktyabr tarixlərində ölkə və hökumət başçılarının sammitinin keçirilməsinə mane olmayacaq.

Xəbərlər