86
Bu gün 13 oktyabr — 16:41

Türkiyədə fövqəladə rejim daha 3 ay uzadıla bilər

2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddən sonra tətbiq edilmiş fövqəladə vəziyyətin müddəti yenidən uzadıla bilər.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, belə bir bəyanatla hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş çıxış edib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi oktyabrın 16-da Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq: “Qərar Nazirlər Kabinetində qəbul olunduqdan sonra parlamentdə müzakirə ediləcək”.

Xatırladaq ki, Türkiyə parlamenti fövqəladə vəziyyətin daha 90 gün uzadılması barədə sonuncu dəfə bu ilin iyul ayında qərar qəbul etmişdi.

Onu da qeyd edək ki, fövqəladə vəziyyət bu dəfə də uzadılarsa, bu artıq beşinci dəfə olacaq.

Xəbərlər