176
Bu gün 13 oktyabr — 12:17

Türkiyədə daha 34 PKK üzvü tutuldu

Türkiyənin 6 əyalətində keçirilən anti-terror əməliyyatı nəticəsində 34 nəfər tutulub.

Türkliyə KİV xəbər verir ki, əməliyyatı Adana əyalətinin Terrora qarşı Mübarizə İdarəsi aparıb.

Əməliyyat Adana başda olmaqla İstanbul, Ankara, Qaziantəp, Şanlıurfa və e Şırnak əyalətlərində keçirilib.

Saxlanılan şəxslər terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinir.

Xəbərlər