200
Bu gün 13 oktyabr — 10:41

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

“AzərTAc” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verdi.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşdülər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdirdilər.

Xəbərlər