631
Bu gün 13 oktyabr — 10:27

Yağış nə vaxta kimi davam edəcək?

“Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

O bildirib ki, oktyabrın 14-15-də temperatur 2-3 dərəcə artacaq: “Hazırda müşahidə olunan hava şəraiti oktyabrın 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir”. (“Report”)

Xəbərlər