358
Bu gün 12 oktyabr — 22:45

Sarkisyanın müavini: Azərbaycan və Ermənistan prezidentləri gələn həftə görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan gələn həftə Cenevrədə görüşəcəklər.

Virtualaz.org-un məlumatına görə, bunu erməni KİV-lərinə Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.

A.Aşotyan partiyasının icraedici orqanının iclasından sonra bildirib: "Siz Qarabağ problemi üzrə Ermənistanın mövqeyini bilirsiniz. Bu mövqe BMT-nin Baş Assambleyasında Ermənistan prezidenti tərəfindən də səsləndirilib. Danışıqlar davam edir, amma bu mərhələdə əlverişli atmosferin bərpası əhəmiyyətlidir. Bu gələcəyə daha optimist baxmağa imkan verəcək”.

Virtualaz.org

Xəbərlər