287
Bu gün 12 oktyabr — 23:53

Şəmkirdə qızını balta ilə vurub qaçan ata saxlanıldı

Şəmkir rayonunda qızına balta ilə xəsarət yetirərək hadisə yerindən qaçan ata tutulub.

"Report"un məlumatına görə, o, bu gün Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridikləri axtarış-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, oktyabrın 9-da rayonun Çaparlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı atası tərəfindən balta ilə vurulub və ağır xəsarət alıb. O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər