219
Bu gün 12 oktyabr — 23:02

Bakıda “KamAZ” avtobusa çırpıldı

Paytaxtdakı Zabrat-Maştağa yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, qəza marşrut avtobusunun iştirakı ilə baş verib. Belə ki, qəsəbə istiqamətində hərəkət edən 163 saylı avtobus qarşı tərəfdən gələn 90 ST 654 nömrə nişanlı yük maşını ilə toqquşub.

Şahidlərin sözlərinə görə, “KamAZ” markalı maşın əks yola çıxaraq avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Xəbərlər