236
Bu gün 12 oktyabr — 21:16

XİN AŞPA-da anti-Azərbaycan siyasəti yürüdən qruplar haqda

Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər.

Virtualaz.org-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

H.Hacıyev qeyd edib: "Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".

Xəbərlər