1658
Bu gün 12 oktyabr — 16:57

İlham ƏIiyev yeni energetika nazirini təyin etdi

Azərbaycanın yeni energetika naziri təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin edilib.

Pərviz Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.

2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Pərviz Şahbazov Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur.

Xəbərlər