352
Bu gün 12 oktyabr — 18:18

Pentaqon Əfqanıstandakı sabitliyə töhfəsinə görə Azərbaycanı təriflədi

"Azərbaycana hərbi əməkdaşlığımızı necə dərinləşdirə biləcəyimizi nəzərdən keçirmək üçün gəlmişəm. Azərbaycanı terrorla mübarizədə mühüm tərəfdaş hesab edirik".

Bunu ABŞ müdafiə naziri köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper bildirib.

O, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiya çərçivəsindəki fəaliyyətini yüksək qiymətləndirib: "94 Azərbaycan əsgəri Əfqanıstandadır və digər ölkələrlə çiyin-çiyinə Əfqanıstanda sülh və sabitliyin bərqərar olması üçün çalışırlar".

 

Azərbaycana səfərinin məqsədləri barədə danışan L.Kuper Qafqaz və Cənubi Asiya regionuna yeni yanaşma məsələsinin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, Dövlət Sərhəd Xidmətində aparılan danışıqlarda əsas mövzulardan biri olduğunu qeyd edib.

"Strateji tərəfdaşla strateji məsələləri müzakirə etmək vacib idi", - o bildirib.

 

**

15:30

ABŞ müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakıya səfəri zamanı L.Kuper rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, eləcə də onların inkişaf perspektivləri müzakirə olunacaq.

Xəbərlər