539
Bu gün 12 oktyabr — 15:35

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün vaxtı dəqiqləşdi

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir.

M.Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.

*   *   *13:57

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya prezidentinin yaxın günlərdə İrana səfər edəcəyini bildirib. Uşakovun sözlərinə görə, səfər çərçivəsində üçtərəfli görüş keçiriləcək.

Virtualaz.org “Life”a istinadən xəbər verir ki, Uşakov bununla bağlı deyib: “İran-Rusiya-Azərbaycan üçtərəfli görüşü keçiriləcək”.

İlkin məlumata əsasən, danışıqlar bu il baş tutacaq. Dəqiq vaxt bildirilmir.

*   *   *13:50

Rusiya prezidenti Valdimir Putinin İrana səfəri planlaşdırılır.

Bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Yuriy Uşakov deyib.

O, səfərin dəqiqi tarixi barədə açıqlama verməyib.

Xəbərlər