338
Bu gün 12 oktyabr — 14:35

Rəşad Sadıqov keçirdiyi avtomobil qəzasından danışdı

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov oktyabrın 11-də keçirdiyi avtomobil qəzasından danışıb.

"Report" xəbər verir ki, Ağdam komandasının kapitanı xəsarət almadığını söyləyib: "Avtomobili yolun kənarındakı dəmirə çırpdım. Ciddi bir şey yoxdur".

Qeyd edək ki, Rəşad Sadıqov baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandasının "Neftçi" ilə oyunundan sonra qəzaya düşüb.

Xəbərlər