346
Bu gün 12 oktyabr — 15:44

Sürücülərə şad xəbər: pulsuz parklanma yerləri ayrılacaq

Artıq parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə, binalarda yaşayan və avtomobili olanlar üçün pulsuz parklanma yerləri ayrılacaq. Bunun üçün onlara fərdi parklanma talonu da veriləcək. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də bununla bağlı dəyişikliklər edilib.

Xəzər TV məlumat verir ki, fərdi parklanma talonuna dair məlumatlar isə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürüləcək.

Dəyişikliklərin ən qısa zamanda tətbiq ediləcəyi gözlənilir.

Xəbərlər