3300
Bu gün 7 oktyabr — 17:06

Müxalifətin mitinqinə heç kim gəlmədi

Müxalifətin Yasamal rayonunun “Məhsul” stadionundakı növbəti mitinqi uğursuzluğa düçar oldu. Bu aksiyaya ötən dəfəkindən də az adam gəldi.

Saat 15:00-da başlamalı olsa da, mitinqin təşkilatçıları onun başlanma vaxtını toplaşanların çox az olması səbəbindən təxirə saldı.

Elə bu səbəbdən, əvvəlkilərdən fərqli olaraq, mitinqin internetdə yayımlanmaması qərarı verildi.

Müxalifət liderlərinin çıxışları da əvvəlkilərdən fərqli olmadı - çeynənmiş sözlər və hamını bezdirmiş şüarlar.

*   *   *15:14

Müxalifətin mitinqi saat 15-ə təyin edilmişdi. Lakin uzun illər ərzində ilk dəfə müxalifət tərəfdarları hələ də mitinqdən canlı yayıma başlamayıblar. Müşahidəçilərin sözlərinə görə, bunun səbəbi toplaşanların sayının azlığıdır.

Virtualaz.org-un müxbirləri xəbər verir ki, mitinq komitəsi mitinqə toplaşanların sayının az olması üzündən başlaya bilmir. Bildirildiyinə görə, etiraz aksiyasına toplaşanların sayı 300-400 nəfərdən artıq deyil.

*   *   *

Azərbaycan müxalifətinin radikal qanadı – müxalif bloger Əli Kərimlinin rəhbərlik etdiyi Xalq Cəbhəsi Partiyası və keçmiş deputat Cəmil Həsənlinin liderliyi altında müxalif qüvvələrin Milli Şurası tərəfdarlarını yeni etiraz mitinqinə çağırıb. Aksiya bu dəfə də Bakının mərkəzindəki ənənəvi etirazlar meydanında – “Məhsul” stadionunda keçiriləcək. Virtualaz.org bildirir ki, bunu özünün “Facebook” səhifəsində Ə.Kərimli yazıb.

Xatırladaq ki, müxalifətçilərin son mitinqi sentyabrın 23-də keçirilib. Onların etiraz elektoratını toplamaq cəhdi ötən dəfə də uğursuzluğa düçar olub – Ə.Kərimlinin bayrağının altında uzağı 1500 nəfər toplanmışdı. Milli-demokratik müxalifət əvvəlkitək cəmiyyəti mövcud hakimiyyətin devrilməsi üçün qüvvələri birləşdirməyə çağırır.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan hökumətini demokratik normaları pozmaqda ittiham edən qərb ölkələrinin səfirlərinin tənqidinə cavab olaraq, prezident İ.Əliyev sərbəst toplaşmaq hüququnun və digər siyasi azadlıqların tam gözlənməsi barədə bildirmişdi. Dövlət başçısı misal kimi şəhərin mərkəzində müxalifətin keçirdiyi mitinqləri göstərmişdi.

Milli-demokratların mitinqlərində legitim hakimiyyəti devirməyə çağıran açıq-aşkar, bəzən həddini aşan tənqid səslənir. Özünün beynəlxalq öhdəliklərinə riayət edən Azərbaycan hakimiyyəti etiraz aksiyalarının keçirilməsinin qarşısını almır.

Virtualaz.org-un müxbirləri etiraz aksiyasından reportajları təqdim edəcəklər.

Virtualaz.org

Xəbərlər