160
Bu gün 13 sentyabr — 16:46

AŞPA həmməruzəçiləri Bakıdadır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Azərbaycana səfərə gəliblər.

Virtualaz.org-un məlumatına görə, həmməruzəçilər Bakıya səfərləri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə, o cümlədən müxtəlif dövlət qurumlarında görüşlər keçirəcəklər.

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər.

Xəbərlər