470
Bu gün 13 sentyabr — 16:29

Mahaçqala meri Azərbaycan boksçusuna mənzil bağışladı

Dağıstan paytaxtının meri Musa Musayev boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidova bağışladığı mənzilin açarlarını ona təqdim edib.

Virtualaz.org bildirir ki, bu barədə "Mahaçqala xəbərləri" məlumat yayıb.

Beynəlxalq yarışlarda Azərbaycan komandasını təmsil  edən superağır çəkili idmançı Dağıstanın paytaxtındakı mənzilə   25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində keçirilən dünya birinciliyində qazandığı üçüncü qələbəyə görə layiq görülüb.

"Dağıstanda idman elə yüksək səviyyədə inkişaf edib ki, bizim bir çox idmançılarımız dünya səviyyəli yarışlarda və Olimpiya oyunlarında başqa ölkələrin heyətlərində çıxış edirlər. Amma bütün hallarda, hansı ölkələr üçün çıxış etmələrinə və hansı ölkələrin bayraqlarını ucaltmalarına baxmayaraq, onlar hər şeydən əvvəl, rusiyalı və dağıstanlı olaraq qalırlar. Sevindirici haldır ki, belə ləyaqətli oğullar, harada olmalarından asılı olmayaraq, Dağıstana şöhrət qazandırırlar”, – deyə Mahaçqala şəhər administrasiyasının mətbuat xidməti M.Musayevdən sitat gətirib.

Virtualaz.org

Xəbərlər