320
Bu gün 13 sentyabr — 15:09

Moskvada ticarət mərkəzi yanır

Moskvanın qərbindəki 4 mərtəbəli "Filion" ticarət mərkəzinin işçiləri və müştəriləri başlanmış yanğına görə təxliyə edilir.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, yanğın ticarət mərkəzinin ikinci və dördüncü mərtəbələrdə qeydə alınıb.

Xəsarət alanların olması barədə məlumat verilmir.

Yanğının qarşısının alınması üçün hadisə yerinə 17 maşın və 60 yanğınsöndürən cəlb edilib.

Yanğının baş vermə səbəbi məlum deyil.

#пожар в тц #филион 😱 #13092017 #филевскийпарк #фили #москва

Публикация от котстаграм (@andrusru) Сен 13 2017 в 3:29 PDT

Xəbərlər