267
Bu gün 13 sentyabr — 16:18

OPEC+ neft hasilatını azaltdı

OPEC-ə üzv olmayan ölkələr Azərbaycan və Qazaxıstanın hesabına neft hasilatının azaldılmasına dair razılaşma planına 118% əməl ediblər.

Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency, IEA) sentyabr ayı üzrə hesabatında deyilir.

Sənəddə qeyd edilib ki, avqustda sutkalıq hasilatı 30 min barrel (kvota 20 min barrel) azaldan Qazaxıstan plana təxminən 3 dəfədən çox əməl edib. Azərbaycan isə avqustda sutkalıq hasilatı 78 min barrel azaldıb ki, bu da 54 min barrel həcmində olan kvotadan 24 min barrel çoxdur.

Ötən ay Meksikada da sutkalıq azalma 100 min barrel əvəzinə 170 min barrel səviyyəsində olub.

Xəbərlər