491
Bu gün 13 sentyabr — 14:20

Azərbaycanda “dron"lardan istifadə qaydalarına dəyişiklik edildi

"Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları" layihəsinə dəyişikliklər edilib.

Bu barədə virtualaz.org-a Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.

Məlumatda vurğulanır ki, layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.

Sənəd Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla, razılaşdırılma mərhələsindən keçib və 2015-ci ilin 8 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilən qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Nazirlər Kabinetinin göstərişi daxil olub. Sonrakı mərhələdə sözügedən qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər edilib.

Xəbərlər