132
Bu gün 13 sentyabr — 12:46

Ermənistan silahlı qüvvələri işğal altında olan Ağdamda təlimlərə başlayıb

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonuda növbəti irimiqyaslı təlimlərə başlayıblar.

APA xəbər verir ki, Bağmanlar adlı ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.

Ağır artilleriyadan aşılan atəş səsləri Ağdamın işğal altında kəndlərində və ətraf rayonlarda aydın eşidilir.

Xəbərlər