181
Bu gün 13 avqust — 21:12

Mingəçevirdə avtomobil 4 yaşlı uşağı vurub

Mingəçevirdə avtomobil 4 yaşlı uşağı vurub.

”Report” xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində, "Karyer" adlanan ərazidə baş verib.

Belə ki, “Mersedes” markalı avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Xasiyev Ümid Vüsal oğlunu vuraraq ağır xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Xəbərlər