214
Bu gün 13 avqust — 20:17

Kür çayının Samux rayonundan keçən hissəsində bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbə ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xiodməti xəbər verir ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Xəbərlər