216
Bu gün 13 avqust — 18:05

Xaçmazda 9 yaşlı uşaq dənizdə bataraq ölüb

Avqustun 12-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzulioğlunun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, əməliyyat saat 16:45-də başa çatıb.

Xəbərlər