708
Bu gün 13 avqust — 14:32

Nabranda dənizdə 24 yaşlı Oksana Əliyevanın cəsədi aşkarlanıb

Xaçmazda dənizdə çimərkən batan qadının cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:50-də başa çatıb.

Xəbərlər