163
Bu gün 13 avqust — 10:41

Şəmkirdə avtomobil 13 yaşlı qızı vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)

Xəbərlər