212
Bu gün 13 avqust — 01:12

Pivə maşını Yevlaxda 27 yaşlı gənci vurdu

Yevlax rayonunda yolu keçmək istəyən şəxsi maşın vurub.

“Report” xəbər verir ki, hadisə rayonun Hacıselli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Varvara-Hacıselli avtomobil yolu ilə hərəkətdə olan “Ford” markalı pivə daşıyan yük maşını yolu keçmək istəyən kənd sakini 1990-cı il təvəllüdlü Elgiz Eldarovu vuraraq ağır xəsarət yetirib. Yaralı dərhal məsafə nəzərə alınaraq Mingəçevir xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində müayinə və müalicə alan yaralının durumu ağır olaraq qiymətləndirilir.

Baş vermiş hadisə ilə bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərlər