295
Bu gün 13 avqust — 00:43

37 yaşlı Mingəçevir sakini beş nəfər tərəfindən döyüldü

Mingəçevir sakini mübahisə zəminində döyülüb.

”Report” xəbər verir ki, 1980-ci il təvəllüdlü Məmişov Ramal Ağagül oğlu kütləvi hücuma məruz qalıb.

Belə ki, Ramal Məmişov eyni anda 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb.

Bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alan yaralı şəhər xəstəxanasına çatdırılıb. Hazırda müayinə və müalicəsi davam etdirilir.

Münaqişənin motivi hələ ki, bəlli deyil.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Xəbərlər