130
Bu gün 12 avqust — 21:44

Xaçmazda dənizdə batmış şəxsin axtarışları aparılır

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Müqtədir qəsəbəsində 1 nəfərin dənizdə batması baradə məlumat daxil olub.

FHN-in mətbuat xidməti xəbər verir ki, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumatın veriləcəyi bildirilir. 

Xəbərlər