255
Bu gün 12 avqust — 15:35

İlham Əliyev xalq artisti Alim Qasımovu “Şərəf” ordeni ilə təltif edib

Prezident İlham Əliyev xalq artisti Alim Qasımova orden verilməsi ilə bağlı sərəncam imzalayıb. 

Dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Alim Həmzə oğlu Qasımov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, avqustun 14-də Alim Qasımovun 60 yaşı tamam olacaq.

Xəbərlər