86
Bu gün 12 avqust — 18:54

Xəzərdə batan daha bir şəxs xilas olundu

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri 1 nəfəri (xarici vətəndaş) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər