314
Bu gün 12 avqust — 17:27

Bakıda iki əcnəbini qarət edənlər polisə könüllü təslim oldular

İki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşın əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

Hadisəni törətmiş Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə gəlib həmin şirkətin səyahət paketi almaq üçün onlardan 1500 ABŞ dolları pul alaraq vədinə əməl etməməsini bildiriblər.

Xəbərlər