616
Aktual 17 iyul — 13:10

Novruz Məmmədov: “Qarabağda münaqişə yenidən alovlana bilər”

Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir.

“Trend”in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.

N.Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi isə işğal altındadır:

"Nəticədə 1 milyondan artıq sakin qaçqın və məcburi köçkünə çevrilib. Lakin nədənsə problemi “dondurulmuş münaqişə” kimi görmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir".

Onun sözlərinə görə, nə qədər ki bu oyunlar davam edəcək, nəticə dəyişməyəcək.

Azərbaycan Prezidentinin köməkçisi bildrib ki, Gürcüstan, Moldova və Ukrayna bunun əyani sübutudur.

N.Məmmədovun fikrincə, Dağlıq Qarabağdakı “dondurulmuş” münaqişə hər an yenidən alovlana bilər: "Hərçənd ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının əleyhinə çıxış edirlər, lakin nədənsə birmənalı mövqe nümayiş etdirmirlər. Biz həmsədr ölkələrdən, həmçinin beynəlxalq ictimaiyyətdən münaqişənin ədalətli yolla həlli üçün konkret addımlar gözləyirik".

*   *   *12:52

Bu gün beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir, çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra ədalətli prinsipləri saxlaya bilməyib.Bu fikirləri Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.

N.Məmmədov qeyd edib ki, dünyanın belə olmasına səbəb ədalətin mövcud olmamasıdır: "Varşava Müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"

Prezidentin köməkçisi Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır:“Bu gün elə vəziyyət yaranıb ki, bir müharibə ilə heç nə həll etmək mümkün deyil. Belə ki, hər hansı münaqişə yeni münaqişə doğurur və superdövlətlər bu məsələdə fəal iştirak edirlər".

N.Məmmədov xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur, bura da “beynəlxalq arenada lazım olanda öz sözünü deyə bilən” dövlətlər daxildir.

N.Məmmədov müsahibədə Rusiya ilə münasibətlərə də toxunub. Deyib ki, Azərbaycan özünün xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, eyni zamanda Bakının planlarına daxildir ki, Rusiya ilə əməkdaşlığı genişləndirsin, möhkəmləndirsin. “Azərbaycan özünün xarici siyasətində strateji partnyorlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır. Rusiya bizim yüz illərlə bağlı olduğumuz ölkədir. Bizim yüksək səviyyədə əməkdaşlığımız var”-o deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Rusiya Ali məhkəməsinin Ümumrsiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etməsi, Rusiya XİN-in Bakıya münasibətdə bir sıra sərt bəyanatları azərbaycan cəmiyyətində anlaşılmazlıqla qarşılanıb.

Virtualaz.org

Xəbərlər