335
Aktual 11 yanvar — 12:43

Avropa İttifaqı Azərbaycanda bu sahəyə qrant ayıracaq

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi qrantların ayrılması üçün ölkənin kənd ərazilərinin inkişafı üzrə təşəbbüslərlə əlaqədar ərizə qəbulu elan edib.

Bu barədə Avropa Qonşuluq Siyasəti üzrə İnformasiya Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir: “Azərbaycanın kənd rayonlarında bazar iqtisadiyyatının və məşğulluğun inkişafı təşəbbüsləri” layihəsinin əsas məqsədi Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın digər bölgələrində yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa kömək etməkdir.

Məlumatda o da bildirilir ki, ərizə qəbulu 2017-ci il fevralın 21-dək davam edəcək.

Xəbərlər