3877
Aktual 7 yanvar — 10:31

Yağış maskanı yudu, “İsgəndər” raketi göründü

İsrailin İmageSat şirkətinə məxsus Yerin məsafədən zondlanması peyki Eros-B Suriyada Rusiyanın “İsgəndər-M” operativ-taktiki raketlərini aşkar edib.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, “İsgəndər-M” raketləri Suriyanın Latakiyadakı hərbi-hava bazasında aşkarlanıb.

İsrail mənbələri xəbər verir ki, raket kompleksi peyk müşahidəsindən gizlədilmişdi. Lakin ötən həftə güclü yağışlar yağıdığından onların masakaları yuyulub və nəticədə peykə yaxalanıb. Nəticədə hərbçilər raketlərin yerini dəyişməli olublar.

Mətbuat Rusiyanın Suriyaya “İsgəndər” raketləri göndərdiyi haqda hələ 4 il əvvəl xəbər vermişdi. Lakin Rusiya rəsmiləri bunu təkzib edib.

Virtualaz.org

Xəbərlər