1177
Aktual 11 oktyabr — 00:02

Paşinyan oktyabrın 16-da istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefa verəcək.

Virtualaz.org bildirir ki, Paşinyan bunu "France 24" telekanalına müsahibəsində deyib.

“Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bir-iki gün o yan-bu yan ola bilər. Bundan ötrü mən oktyabrın 16-da istefaya getməliyəm", - deyə telekanal onun sözlərini sitat gətirib.

Xatırladaq ki, Paşinyanın daha əvvəl açıqladığı ssenariyə əsasən, onun istefasından sonra parlament baş naziri iki dəfə seçmir, parlament buraxılır və növbədənkənar seçkilər elan edilir.

Onu da qeyd edək ki, N.Paşinyan oktyabrın 8-də cari ilin dekabr ayında erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.

Xəbərlər