867
Aktual 14 sentyabr — 19:44

Rusiya Federasiya Şurasının sədr müavini Putinin Bakı səfəri haqda

Rusiya Prezidenti Vladimir Putin Bakıya səfəri zamanı Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edəcək.

"Vestnik Kavkaza" xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov bildirib.

"Rusiya və Azərbaycan arasında qarşıdakı regionlararası forum sadəcə, iki prezidentin himayəsi altında yox, həm də onların birbaşa iştirakı ilə keçiriləcək. Hesab edirəm ki, səfər forumla bağlıdır və bu, Rusiya ilə Azərbaycan arasında yalnız şaquli əlaqələrin deyil, həm də dövlətlərimiz arasında əməkdaşlığın üfüqi genişləndirilməsinin əhəmiyyətini göstərir", - Federasiya Şurasının sədr müavini vurğulayıb.

İ.Umaxanovun sözlərinə görə, Vladimir Putinin səfəri Rusiya və Azərbaycan münasibətlərində iqtisadiyyatın ön plana çıxdığını göstərəcək: "İqtisadi əlaqələrin fəallaşması yollarından biri Xəzər dənizində əməkdaşlıqdır. Bir ay əvvəl imzalanmış Konvensiya bir sıra iqtisadi transsərhəd əməkdaşlıq istiqamətlərinə malikdir. Burada söhbət həm də ölkələrimizin nəqliyyat infrastrukturundan fəal şəkildə istifadədən gedir".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 25-də Azərbaycana səfər edəcəyi planlaşdırılır.

Xəbərlər