1059
Aktual 11 avqust — 10:45

İran ballistik raketini sınaqdan keçirdi

İran öz istehsalı olan Fateh-110 ballistik raketlərin sınaq buraxılışını həyata keçirib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, sınaq buraxılışı ölkənin cənub-şərqində həyata keçirilib və raket 160 km-dən çox məsafəyə uçub.

Kiçik mənzilli raketin sınağı İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz təlimləri zamanı baş tutub.

İran bu barədə hələlik heç bir məlumat yaymayıb.

Sınaq ABŞ-ın casus peykləri tərəfindən qeydə alınıb.

Xəbərlər