1147
Aktual 10 avqust — 11:50

Rusiyada dolların məzənnəsi 67 rublu keçdi

Moskva valyuta birjasında bu səhər ABŞ dollarının məzənnəsi 2016-cı ilin avqustundan sonra ilk dəfə 67 rubl səviyyəsini keçib.

Virtualaz.org birjanın məlumatına istinadən xəbər verir ki, 1 ABŞ dollarının məzənnəsi alqı-satqı əməliyyatlarının başlanğıcında 41 qəpik yüksələrək 67,06 rubla çatıb.

Eyni zamanda, avro 17 qəpik ucuzlaşaraq 76,80 rubla enib.

Xəbərlər