887
Aktual 10 avqust — 01:24

HƏMAS və İsrail barışıq haqda razılığa gəldilər

HƏMAS və İsrail arasında 24 saat davam edən şiddətli qarşıdurmadan sonra atəşkəs barədə razılıq əldə edilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, razılığa əsasən, HƏMAS raket hücumu etməyəcəyi təqdirdə, İsrail Qəzza zolağında əməliyyatları dayandıracaq.

İsrail tərəfi hələlik bu xəbəri şərh etməyib. Misirin vasitəçiliyi ilə aparılan danışıqların gedişatından məlumatı olan fələstinli məmur isə bildirib ki, atəşkəs Bakı vaxtı ilə saat 00:45-dən qüvvəyə minməli idi.

Qeyd edək ki, ötən gün İsrailə 36 raket atılıb. İsrail isə Qəzza bölgəsini bombardmana məruz qoyub.

Xəbərlər