806
Aktual 9 avqust — 14:58

Mahmud Abbas dünya ictimaiyyətini Qəzzada baş verənlərə müdaxiləyə çağırdı

Fələstin milli muxtariyyətinin lideri Mahmud Abbas dünya ictimaiyyətini Qəzza sektorundakı vəziyyətə müdaxilə etməyə çağırıb.

Virtualaz.org “WAFA”ya istinadən xəbər verir ki, M.Abbas sabitliyin daha da pozulmasının qarşısının alınması üçün bunun vacibliyini vurğulayıb.

Qeyd olunur ki, avqustun 9-da Abbas bütün səviyyələrdə bir sıra beynəlxalq danışıqlar aparıb.

Xatırladaq ki, İsrail Hərbi-Hava Qüvvələri Fələstinin Qəzza sektorunda yerləşən 100-dən çox hərbi obyektinə hücum edib.

Xəbərlər