675
Aktual 9 avqust — 13:13

Cənubi və Şimali Koreya liderlərinin növbəti görüşü keçiriləcək

Avqustun 13-də Cənubi Koreya və KXDR arasında yüksək səviyyəli danışıqların keçirilməsi nəzərdə tutulur. Həmin danışıqların məqsədi iki ölkənin liderləri arasında növbəti zirvə görüşünün hazırlanması imkanlarının araşdırılmasıdır.

Virtualaz.org “Rönhap” agentliyinə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyindən bildiriblər.

Görüş sərhədyanı Pxanmuncom məntəqəsində təşkil olunacaq. Cənubi Koreyanın nümayəndə heyətinə birləşmə naziri Ço Mön Gön başçılıq edəcək.

Xəbərlər