641
Aktual 11 iyul — 19:21

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri məlum oldu

Xəzəryanı ölkələrin sammiti avqustun birinci yarısında Aktauda keçiriləcək.

“İnterfaks”ın verdiyi xəbərə görə, bunu Qazaxıstan xarici işlər naziri Kayrat Əbdrəhmanov deyib.

“Sammitin keçirilmə vaxtı ilə bağlı təkliflər var. Ancaq vaxtı sammiti keçirən tərəf müəyyənləşdirməlidir. Sammit avqustun birinci yarısına planlaşdırılıb”, - o bildirib.

Qeyd edək ki, bu sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.

Xəbərlər