773
Aktual 17 may — 17:35

Dövlət Departamenti: “Ukrayna heç vaxt Donbasla Liqanskı qaytara bilməyəcək”

Ukrayna Rusiyanın işğal etdiyi Donetsk və Luqansk vilayətlərini qaytara bilməyəcək. Virtualaz.org xəbər verir ki. bunu “BBC Ukrayna”ya müsahibəsində ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.

“Əlbəttə, ukraynalılar Rusiyanın artıq işğal etdiyi ərazini qaytara bilməyəcəklər. Rusiya çox güclüdür. Lakin Rusiya üçün bundan sonrakı həmlələrin qiyməti çox yüksəlib və daha da artacaq. Moskvada oturanlar özlərinə sual verməlidirlər: “Bundan biz nə əldə edirik? İtkilər veririk, rusiyalı əsgərlər Ukraynada həlak olur. Nəyə görə?”, - Dövlət Departamentinin nümayəndəsi deyib.

Volkerin fikrincə, Ukraynaya letal silahların verilməsi Donbasda sülhün bərqərar olmasına şərait yaradır.

“Ukrayna mövqelərini qoruyub saxlaya bilməsə, bu yeni həmlələr üçün dəvət olacaq. Bu cür silahın təchizatı isə Rusiya başa salacaq ki, daha böyük qiymət ödəmədən bundan çoxuna nail ola bilməyəcəksiniz”, - o qeyd edib.

Xəbərlər