844
Aktual 17 may — 12:25

Paşinyan nazirləri topladı

Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın başçılığı ilə ilk iclasını keçirir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, toplantı ictimaiyyətə və jurnalistlərə açıqdır.

İclasın gündəliyinə 11 məsələ daxildir. Lakin onlardan 3-ü bağlı qapılar arxasında müzakirə olunacaq.

Hökumətin bundan öncəki iclası Paşinyanın rəhbərliyi ilə keçirilmişdi. Lakin həmin iclasda əvvəlki Nazirlər Kabinetində təmsil olunan Serj Sarkisyanın kadrları da iştirak etmişdilər. Paşinyanın yeni hökuməti isə bütün nazirləri yenidən təyin etdikdən sonra tam şəkildə mayın 12-də formalaşıb.

Paşinyanın keçirdiyi iclasla eyni vaxtda Ermənistan cəmiyyətinin müxtəlif sosial təbəqəsindən olan insanlar hökumət binası önünüdə aksiya keçirirlər. Onlar öz problemlərinin yeni hökumət tərəfindən dinlənilməsi və həll edilməsini tələb edirlər.

Aksiyaçılar arasında Ermənistan ordusunda dinc şəraitdə ölən erməni əsgərlərin qara paltar geyinmiş anaları və "Nairit" zavodunun işçiləri də var. Əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğulları barədə Serj Sarkisyan hökumətinin gizlətdiyi həqiqətləri Paşinyanın üzə çıxarmasını tələb edirlər.

Xəbərlər