1007
Aktual 16 may — 01:54

In Cənubi Koreya ilə danışıqları dayandırdı

Rəsmi Pxenyan barışıq prosesi ilə bağlı Cənubi Koreya ilə aparılan yüksək səviyyəli danışıqları təxirə salıb.

Virtualaz.org BBC-yə istinadən bildirir ki,  KXDR Seulun ABŞ ordusu ilə birgə  hərbi təlimlər keçirməsindən hiddətlənib.

Rəsmi Pxenyan eyni zamanda ABŞ-KXDR sammitini ləğv edəcəyi ilə bağlı hədələyib.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşünün tarixini və yerini açıqlamışdı.

“Mənim Kim Çen Inla çoxdan gözlənilən görüşüm iyunun 12-də Sinqapurda olacaq”, - deyə Tramp Tvitter səhifəsində yazmışdı.

Xəbərlər