492
Aktual 17 aprel — 12:32

Kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq

"Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb".

Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi Prezidentin qurum qarşısında qoyduğu əsas tapşırıqlardandır.

"Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılmasına və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək, vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq",- deyə nazir əlavə edib.

Xəbərlər