1813
Aktual 15 aprel — 12:46

QRU polkovniki Sergey Skripalın oğlunun müəmmalı ölümü

QRU-nun keçmiş polkovniki, Britaniyada qızı ilə birgə zəhərlənməsi ilə bütün dünyada məşhurlaşmış Sergey Skripalın oğlu Aleksandr 2017-ci ildə çox qəribə hadisələr nəticəsində ölüb. Virtualaz.org “78.ru” portalına istinadən xəbər verir ki, jurnalistlər Aleksandr Skripalın ölüm səbəblərini və bu hadisənin təfərrüatlarını araşdırmağa çalışıblar.

Mənbə bildirir ki, 2017-ci ilin iyul ayında Aleksandr Skripal yaxın rəfiqəsi Anna Nikiforova ilə birlikdə qatarla Sankt-Peterburqa maşın almağa yollanıb. Məlum olduğuna görə, Aleksandrla birgə yaşamış Anna bir vaxtlar Peterburqda avtomobil satışı sahəsində işləyib.

Aleksandr Skripal

Lakin yolda qəflətən Aleksandrın qaraciyər sirrozu kəskinləşir və onu vağzaldan birbaşa Mariino xəstəxanasına çatdırırlar. Mənbənin qeyd etdiyinə görə, Aleksandr Skripalın tibbi sığorta polisi olmaması üzündən ona tibbi yardım tam həcmdə göstərilməyib. Aleksandr özünə gəlməyərək dünyasını dəyişib.

Meyit ekspertiza üçün patoloq-anatoma göndərilmir. Elə bu vaxt Sergey Skripalın qızı, Aleksandrın böyük bacısı Yuliya Skripal qardaşının ölüm səbəblərini öyrənmək üçün Sankt-Peterburqa gəlir. Lakin heç nə öyrənə bilmir.

Aleksandrın cəsədini basdırılmaq üçün bacısına verirlər. Fəqət hansısa səbəb üzündən Yuliya onu basdırmaq fikrindən vaz keçir və kremasiya etdirir (yandırır). Bir müddət sonra Aleksandr Skripalın külü Londonda dəfn olunur.

Anna Nikiforova

Maraqlı nüanslardan biri də odur ki, Aleksandr Skripalın rəfiqəsi Anna Nikiforova Skripalların zəhərlənməsi hadisəsindən az sonra – 4 mart 2018-ci ildə yoxa çıxıb. Onun axtarışları hələlik bir nəticə verməyib.

Xatırladaq ki, rəsmi London Sergey və Yuliya Skripalların zəhərlənməsində Rusiyanı ittiham edir. Öz növbəsində, Rusiya bütün ittihamları rədd edir.

Virtualaz.org

Xəbərlər