723
Aktual 14 aprel — 12:08

Putin ABŞ-ın Suriyaya raket zərbələrini “təcavüz aktı” adlandırdı

Rusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada bəzi obyektlərə hərbi zərbələr endirilməsinə münasibətini açıqlayıb.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, V. Putin bildirib ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.

V. Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nın təcili iclasını çağırdıqlarını deyib.

Xəbərlər